!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir qazimiz şəhid oldu - FOTO/VİDEO

!Reklam – Yazi

Qarabağda antiterror əməliyyatlarında yaralanan qazimiz şəhid olub.

Yenicag.az xəbər verir ki, Sabirabad rayonu, Ulacalı kəndində doğulub boya-başa çatmış Muradov Əzizbəy Etibar oğlu bu gün səhər saatlarında müalicə aldığı hospitalda dünyasını dəyişib.

Antiteror əməliyatları zamanı yaralanan Çevik Polis Alayının polis nəfəri Muradov Əzizbəy Etibar oğlu bu gün şəhadətə qovuşub.
O, 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş və Ali Baş Komandan tərəfindən beş medalla təltif olunmuşdu.
Asəf Zeynallı adına Musiqi kollecinin qarmon şöbəsində təhsil alan Əzizbəy Şuşa azad olunanda öz qabiliyyətini fortepianoda “Qarabağ şikəstəsi” ifa etməklə göstərmişdi.
Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.
Xatirladaq ki, şəhidin atası Etibar Muradov Birinci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillərinə Qayğı İB-nin Sabirabad rayon filialının sədr müavinidir.
Allah rəhmət etsin!

 

Xuraman Etibarlı

 

www.yenicag.az

1044
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv