IV İslam Həmrəyliyi Oyunlarında karateçilərin mübarizəsi davam edir.
Yeniçağ.Az xəbər verir ki, bu idman növündə də Azərbaycan təmsilçilərindən qızıl medal qazanan olub. Söhbət Rafael Ağayevdən gedir. Bütün rəqiblərini üstələyən karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, bu, 75 kq çəki dərəcəsində çıxış edən Ağayevin İslamiadada 3-cü medalıdı. 2005-ci ildə “bürünc” qazanan idmançımız, 2013-cü ildə qızıl medala yiyələnmişdi.
Yeniçağ.az