!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir sirli xəstəlik sürətlə yayılır

!Reklam – Yazi

ABŞ-də itlər arasında müəmmalı xəstəlik yayılıb. 14 əyalətdə görülən xəstəliyin tənəffüs şikayətlərinə səbəb olduğu bildirilir.

Yenicag.az xəbər verir ki, xəstəlik panikaya səbəb olub. Potensial ölümcül vəziyyətə nəyin səbəb olduğunu müəyyən etmək üçün səylər göstərilir.

Mütəxəssislər antibiotik müalicəsinə davamlı yeni bakteriya növündən şübhələnirlər. Qısa müddətdə pnevmoniyaya səbəb olan xəstəliyin simptomları arasında həftələrlə davam edən öskürək də var.

Oreqon ştatında indiyədək 200 hadisə qeydə alındığı halda, Kaliforniya, Florida və Vaşinqton kimi ştatlarda da xəstə itlərə rast gəlinib.

Hələlik xəstəliyin insanlara keçməsi ilə bağlı heç bir sübut yoxdur. Bununla belə, baytarlar it sahiblərindən xəstə heyvanlarını təcrid etmələrini xahiş ediblər.

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv