!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir “Twitter” SKANDALI: İlon Mask öz reputasiyası üçün bot hesablardan istifadə edir? – İDDİA

!Reklam – Yazi

“Twitter” şirkətində həftələrdir müxtəlif qalmaqallar baş verir. Belə ki, ötən həftələrdə platformadan 2000-ə yaxın işçi çıxarılıb. Bundan əlavə, şirkətin təhqir xarakterli postlara nəzarət etmədiyi ilə bağlı da xeyli şikayətlər sosial şəbəkələrdə paylaşılıb.

İndi isə “Twitter”də daha böyük problemlər baş verib. Artıq burada insanlar qadınları alçaldan, zorakılıq xarakterli mətnlər, müxtəlif trol hesabların dezinformasiya tipli məlumatlarını və s. rahatlıqla paylaşa bilir. Hətta sözügedən paylaşımları edən şəxsləri İlon Maskın izlədiyi də iddia edilir. İnsanlar düşünür ki, Mask öz reputasiyasını qorumaq üçün belə addımlar atır. Davam edən skandallar səbəbi ilə cəmiyyət tərəfindən iş adamı İ. Maska nifrət hissi yaranıb.

Yenicag.az xəbər verir ki, jurnalistlər Mask ilə əlaqə saxlamaq istəsə də, buna nail ola bilməyib. Bundan əvvəl də o, heç bir mətbuat sorğusuna cavab verməyib. Amerika əhalisi onun psixoloji problemlərinin olduğuna inanır.

Media üzvləri telefon danışığı ilə məsələni həll edə bilmədikləri üçün, “BBC” şirkəti öz müxbirlərindən birini “Twitter”in San-Fransiskodakı ofisinə göndərib. Ofisin işçilərindən biri olan Sam (adının açıqlanmağını istəmədiyi üçün şərti addan istifadə olunub – red) bütün bu halların İlon Maskın platformanı satın aldıqdan və işçi kütləsində ixtisarlar apardıqdan sonra başladığını söyləyib.

İnsanlar Maskın son dövrlərdəki davranışlarını tənqid atəşinə tutur və ondan “Twitter”i başqa birinə satmasını tələb edir.

Qeyd edək ki, bir müddət əvvəl iş adamı öz itinə şirkətdə vəzifə verməsi ilə gündəmə gəlmişdi.

Şahanə Paşa

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv