!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir vəzifəli şəxs işdən çıxarıldı – Yeni TƏYİNAT

!Reklam – Yazi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vəzifədən azad edilərək, yeni vəzifəyə təyinat alıb.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, Ə.Cəlilov sözügedən nazirliyin başqa bir strukturunda vəzifəyə gətirilib.

Belə ki, o, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.

Ə.Cəlilov müvəqqəti olaraq Agentliyin sədri vəzifəsini icra edəcək.

Faktı Dövlət Dəniz və Liman Agentliyindən təsdiqləyiblər.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv