!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Daha iki boksçumuz Avropa birinciliyinin yarımfinalında

!Reklam – Yazi

Azərbaycan millisinin daha iki üzvü Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

Boks Federasiyasından Yenicag.az-a verilən məlumata görə, 1/4 finalda Şahin Aslanov (52 kq) ingiltərəli Bill Smitti mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28).

Adil Zalov da yarımfinalda iştirak hüququ qazanıb. 63 kq-da mübarizə aparan boksçu 1/4 finalda Yan Mikuliçi (Xorvatiya) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Hər iki boksçu yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin edib.

Bununla da, Azərbaycan millisinin yarımfinala vəsiqə qazanan idmançılarının sayı dördə çatıb. Daha öncə İsmayıl Vəliyev (70 kq) və Səftər Məmmədzadə (90 kq) də 1/4 final səddini uğurla adlayıblar.

Qeyd edək ki, Avropa birinciliyinə avqustun 25-də yekun vurulacaq.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv