!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha uşaqlarımızın göz problemi olmayacaq – Tanınmış oftalmoloqdan şad xəbər

!Reklam – Yazi

Bu gün beynəlxalq oftalmologiyada baş verən yeniliklər ölkəmizdə də öz əksini tapır. Buna görə mütəxəssislərə xüsusi təşəkkür düşür. Xüsusən də son zamanlar Azərbaycana gətirilən defokus linzalar uşaqlarda miopiyaya nəzarəti diqqətdə saxlamağa kömık edir. Bəs bu, necə həyata keçirilir?

Hazırda Amerika Oftalmoloqlar Akademiyasının 17-ci yığıncağında iştirak edən tanınmış cərrah-oftalmoloq Günay Əliyeva Yeniçağ.az saytının suallarına elə okeanın o tayından cavab verir:

“ Çox aktual bir mövzuya toxunmusuz. Mənim rəhbərlik etdiyim Lazer və Miopiya mərkəzi ilk dəfə olaraq ölkəmizə defokus linzalar gətirib. Bu linzaların xüsusiyyəti nədir? Uşaqlarda göz zəifliyinin proqressivləşdiyi, sürətlə yayıldığı bir dövrdə miopiyanın qarşısını almaq, onu nəzarətdə saxlamaq… Defokus linzalar 3 il öncə Amerikada aparılan tədqiqat və araşdırmalarda sınaqlardan çox gözəl çıxıb. Qeyd edim ki, xüsusi hazırlanmış defokus linzalar gün ərzində 12 saat uşağın gözündə ola bilir. Və bu zaman belə uşaqların gözlərində olan miopiya eynək və ya linza taxan uşaqlara nisbətən daha az proqressivləşir. Ona görə də bu defokus linzaları səhər taxır, 12 saat gözdə saxladıqdan sonra çıxarırıq. Bunlar yumuşaq linzalardır. 1 ay istifadə olunur. 1 ay sonra isə linza yenisi ilə əvəzlənir. Çox sevindirici haldır ki, artıq çox uğurlu nəticələr əldə etmişik. Və bundan sonra daha böyük uğurlara imza atacağımıza da əminəm.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv