Damında helikopter meydançası olan xəstəxana tikilir – Sabirabadda – Yenicag.Az

Reklam

Reklam

Kompleksin bu ilin iyul-avqust aylarında istifadəyə verilməsi nəzərdə tutulur. Səhiyyə Nazirliyinin sifarişi ilə Sabirabad rayonunda tikilməkdə olan 205 çarpayılıq yeni xəstəxana kompleksinin bu il istifadəyə verilməsi gözlənilir.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayon mərkəzinin girişində yerləşən Qalaqayın kəndində inşa olunan dördmərtəbəli xəstəxananın tikintisinə 2013-cü ildə başlanıb. Xəstəxana kompleksi 5 korpus və yardımçı tikililərdən ibarətdir. Artıq dəmir-beton konstruksiyaları quraşdırılıb, üç mərtəbənin tikinti işləri başa çatıb.

Kompleksin bu ilin iyul-avqust aylarında istifadəyə verilməsi nəzərdə tutulur. Xəstəxana kompleksinin damında helikopter meydançası da inşa edilir. Bu, ağır xəstələrin təcili olaraq paytaxta çatdırılması məqsədilə sanitar aviasiya xidməti üçün nəzərdə tutulub. Yeni xəstəxanada dializ palatası da fəaliyyət göstərəcək.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 162
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."