!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Danimarka XİN Kopenhagendə Quranın yandırılmasını pislədi

!Reklam – Yazi

Danimarka Xarici İşlər Nazirliyi iyulun 21-də paytaxt Kopenhagendə Quranın yandırılmasını pisləyib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında deyilir.

“Müqəddəs kitabların və digər dini rəmzlərin yandırılması başqalarının dininə hörmətsizlik və utancverici bir hərəkətdir. Bu, müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat hesab olunur”, – bəyanatda vurğulanır.

Xarici İşlər Nazirliyi bəyan edib ki, krallıqda dini etiqad azadlığı və İslam dinini qəbul edənlər var.

İlkin məlumata görə, hadisəni sağçı radikal “Danimarka Patriotları” qrupu törədib.

Qeyd edək ki, bu yaxınlarda İsveçin Stokholm şəhərində Qurani-Kərim kitabı yandırılıb. Buna Türkiyə, Azərbaycan, İraq və başqa İslam ölkələri etirazını bildirib.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv