!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Darıxan" mühafizəçinin ŞOK ƏMƏLİ - 1.4 milyonluq tabloya görün nə etdi - FOTOLAR

!Reklam – Yazi

Rusiyada bir qalereyada mühafizəçi ilk iş günündə 1.4 milyon rubl dəyərində olan sənət əsərinin üzərində dəyişiklik edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Yekaterinburqda Boris Yeltsin Mərkəzində baş verib.

“Darıxan” mühafizəçi 1932-1934-cü illər arasında yaradılan Anna Leporskayanın “Üç Fiqur” tablosundakı simasız fiqurların üzərinə qələmlə göz şəkli çəkib.

Ziyarətçilərdən biri gördüyü dəyişikliyi məsul şəxslərə bildirdikdən sonra rəsm sərgidən çıxarılıb.

Rəsm əsərinin bərpasının 250 min rubla başa gələcəyi təxmin edilir.

Mərkəzin direktoru Aleksandr Drozdov bunu edən mühafizəçinin işdən çıxarıldığını bildirib.

Qeyd edilib ki, rəsm əsəri 75 milyon rubl dəyərində sığortalanıb.

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv