Reklam

Reklam

Tərtər şəhəri Daş bazarı adlanan əraziyə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, baxış zamanı 1 ədəd F-1 əl qumbarası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində isə gün ərzində 1 813 ədəd qəlpə aşkar edilib, nəticə etibarilə 30 955 kv.m ərazi (407 kv.m əl ilə, 16 800 kv.m mexaniki üsulla və 13 748 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 5 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 990 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 7 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 209 292 kv.m ərazi (463 464 kv.m əl ilə, 321 600 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 311 228 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."