"Daşaltı əməliyyatı"ndan 25 il keçdi - Fotolar

Bu gün Şuşanın müsafiəsi məqsədilə həyata keçirilən Daşaltı əməliyyatından 25 il keçir.

Yeniçağ.az xəbər verir ki, Daşaltı əməliyyatında şəhid olan döyüşçüləri yad etmək məqsədilə Şuşa rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib. Onlar həmçinin Şəhidlər Xiyabanında Daşaltı əməliyyatı döyüşçülərinin xatirəsinə ucaldılmış abidənin qarşısına gül dəstələri qoyublar.

Şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra “Dağlıq Qarabağın azərbaycanlı icması” ictimai birliyinin sədri Bayram Səfərov çıxış edib. O, bildirib ki, Daşaltı əməliyyatından 25 il kecməsinə baxmayaraq, orada şəhid olanların xatirəsi həmişə anılıb. Onun sözlərinə görə, həmin dövrdə vahid komandanlığın olmaması səbəbindən əməliyyat zamanı Azərbaycan tərəfin itkiləri çox olub:

“Bu əməliyyartda 96 nəfər şəhid oldu. Amma indi Azərbaycan öz qüdrətini ermənilər üzərində hiss etdirə bilib. Aprel döyüşləri bunu bir daha sübut etdi”.

Bəxtiyar
Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."