Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daşaltı şəhidlərinin KÜTLƏVİ MƏZARLIĞI: “Dövlət bu istiqamətdə ciddi addımlar atmalıdır” – İctimai TƏŞƏBBÜS

Reklam: High Technic

“Həmin döyüşlərdə şəhid olan və itkin düşən şəxslərin yerləri, məzarları müəyyən edilməlidir”.

Daşaltı şəhidlərinin məzarlarının tapılması təklifini hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

“Daşaltı əməliyyatında şəhid olan qardaşlarımızın ailələrinin gözü yoldadır ki, onların qəbirlərini tapsınlar, ziyarət etsinlər. Ermənilər öz həlak olanlarının meyitlərini neçə il sonra da gəlib tapıb aparırlar. Azərbaycan buna şərait yaradır. 30 ildir, gözü yolda qalan insanlarımız var.

Ancaq təəssüf ki, dövlət bu istiqamətdə hər hansı addım atmır. Heç olmasa, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Daşaltı şəhidlərinin, o cümlədən həmin döyüşlərdə itkin düşmüş şəxslərin yerləri, məzarları müəyyən edilməlidir. Ümumilikdə 5 mindən çox itkin düşənimiz var. Biz onların hamısını tapmalıyıq”.

Qeyd olunan məsələ ilə bağlı hərbi icmalçı Nazim Bayram da fikirlərini bölüşüb:

“Daşaltı azad olunandan sonra belə düşünürdüm ki, aidiyyatı dövlət strukturlarımız ilk növbədə, orada 1992 il yanvarın 25-26-sı həlak olan 90 nəfərə qədər hərbçilərimizin kütləvi məzarlığını aşkar etməyə səy göstərəcək. Təəssüf ki, bu məsələ hələ də gündəmdə yoxdur.

Halbuki, Daşaltı erməni nəzarətində olan dövrdə Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edirdi. İllər öncə Qırmızı Xaç təşkilatı orada həlak olanların yaxın qohumlarından DNK analizləri almışdı və demişdilər ki, erməni tərəfi ilə kütləvi məzarlığın yerinin təsbit olunması barədə danışıqlar gedir.

KİV-in nümayəndələrindən xahiş edirəm ki, bu məsələni gündəmə gətirsinlər, Daşaltı şəhidlərinin qarşısında son borcumuzu yerinə yetirək, ailələri də təskinlik tapsın”.

Qeyd edək ki, 1992-ci il yanvarın 25-i axşam saat 20:00-da başlayan və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatan Daşaltı əməliyyatında şəhid olmuş, itkin dümüş hərbçilərin məzarlarının tapılması, o əraziyə şəhid ailələrinin, qazilərin ziyarətinin təşkil edilməsi yönündə sosial şəbəkələrdə müzakirələr başlayıb.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

331
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100