!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşınmaz əmlak bazarında UCUZLAŞMA: “Bakı və Abşeronda 10 minlərlə mənzilin satışa çıxarılması...”

!Reklam – Yazi

“Yaxın 5 il ərzində əmlak bazarında qiymətlərdə ciddi azalma müşahidə olunacaq”.

Bu fikirləri yaxın perspektivdə əmlak bazarında qiymətlərin necə dəyişəcəyi barədə danışan ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, qarşıdakı dövrdə əmlak bazarında gözlənilən ucuzlaşmanın əsas səbəbi işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa işlərinin aparılmasıdır:

“2023-cü ilin oktyabr ayında çıxarışı olmayan fərdi həyət evlərinə kommunikasiya xətlərinin çəkilməsinin qadağan edilməsi əmək bazarında çıxarışsız torpaq sahələrinə tələbatı azaltdı. Belə olduqda isə çıxarışlı torpaq sahələrinə tələbat çoxalır və onların qiymətlərində artım baş verir.

İlin son 3 ayı ərzində əmlak bazarında ciddi müştəri qıtlığı müşahidə olunsa da, növbəti ildə müəyyən qiymət artımı gözlənilir. Çünki çoxmənzilli binaların inşası ilə bağlı qaydalar dəyişib. Əvvəlki illərə nisbətən torpaq sahələri bahalaşdığından, indi yaşayış binaları daha çox pilot layihələr əsasında tikilir və bu da maya dəyərinə öz təsirini göstərir.

Lakın düşünürəm ki, yaxın 5 il ərzində əmlak bazarında qiymətlərdə ciddi azalmalar müşahidə olunacaq. Bu prosesə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa işlərinin getməsi təkan verəcək. Kənd, qəsəbə və şəhərlərdə mərhələli şəkildə quruculuq işləri aparılır və insanlar öz yurdlarına geri qayıdırlar.

Bu da paytaxtda əhalinin azalmasına səbəb olacaq. Qarabağ Universitetinin yaradılması və yeni iş yerlərinin açılması insanların həmin ərazilərə axınını gücləndirəcək. Məcburi köçkünlər üçün Bakı və Abşeron ərazisində tikilən 10 minlərlə mənzil mərhələli şəkildə satışa çıxarılacaq və əmlak bazarında qiymətlərin enməsi qaçınılmaz olacaq”.

Nuray Məmmədzadə

www.yenicag.az

2113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv