!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşınmaz əmlak REYESTRİ: “Eyni mənzilin iki və daha çox şəxsə satılmasının...”

!Reklam – Yazi

“Potensial alıcı istədiyi mənzil haqqında zəruri məlumatları reyestr vasitəsilə əldə edə biləcək”.

Bu fikirləri mənzil alan vətəndaşlarını işini asanlaşdırmaq və tez-tez rast gəlinən dələduzluq hallarının qarşısını almaq üçün vahid reyestrın yaradılmasının qeyd olunan sahədəki vəziyyətə mümkün təsiri haqda danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu portalın yaradılması ilə eyni mənzilin bir və daha çox şəxsə satılmasının qarşısı alınacaq:

“Yeni əmlak reyestrınin yaradılması ilə bağlı ötən ildən etibarən, bir sıra işlərə başlanılıb. Bu çox yaxşı addımdır. Çünki yeni tikililərdəki mənzillər vətəndaşlara çox vaxt ikitərəfli müqavilə əsasında satıldığı üçün prosesə nəzarət etmək mümkünsüz olur. Təbii ki bu portalın yaradılması ilə eyni mənzilin bir və daha çox şəxsə satılmasının qarşısı alınacaq. Hətta potensial alıcı istədiyi mənzil haqqında zəruri məlumatları reyestr vasitəsilə əldə edə biləcək.

Ümumiyyətlə, alqı-satqı predmeti olan mənzilin sahibi tərəfindən başqa şəxsə satılması işi də asanlaşacaq. O baxımdan, yaxşı olar ki, reyestrə daxil ediləcək məlumatlar notarial informasiya bazasına da inteqrasiya olunsun. Hətta binaların tikinti prosesində belə oradakı mənzillərin satışın həyata keçirmək mümkün olsun. Çünki vətəndaşlar bəzən yeni binalardan müqavilə ilə aldıqları mənzili başqa şəxsə satmaq istəyərkən, tikinti şirkətləri müqavilənin dəyişməsi üçün tərəflərdən külli miqdarda, bəzən 2-3 min manat, hətta bəzən daha çox pul tələb edirlər.

Yeni reyestrın yaradılması bu sahədə bir sıra işləri xeyli asanlaşdıracaq. İlk növbədə vətəndaş özü sorğu göndərərək həmin mənzilin qeydiyyatandan keçib-keçmədiyini, dövlət qeydiyyatına alınıb-alınmadığını və başqa məlumatları dəqiqləşdirə biləcəklər. İkincisi, vətəndaş almaq istədiyi mənzilin digər şəxslərə satılıb-satılmadığını da müəyyənləşdirmək imkanı qazanacaq. Üçüncüsü, vətəndaş müvafiq notarial rüsumu ğdəməklə, mənzillə bağlı sənədləşmə işlərini də həll edə biləcək”.

İsmayıl Bakuvi

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv