!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı artdı

!Reklam – Yazi

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 299 678 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Bu barədə Yenicag.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 53,2% çoxdur.

7 aylıq göstəricinin 47 406-sı (15,8%) ilkin, 252 272-si (84,2%) isə təkrar qeydiyyatın payına düşüb.
Qeydiyyatı aparılan əmlaklardan 29 846-sı fərdi yaşayış və bağ evi, 53 408-i mənzil, 209 806-sı torpaq sahəsi, 1 815-i qeyri-yaşayış binası, 4 320-si qeyri-yaşayış sahəsi, 415-i əmlak kompleksi, 68-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bunların 56 177-si Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Hesabat dövründə 245 855 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə bir il əvvələ nisbətən 61,2% çoxdur.

İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 17,3% artaraq 46 611 təşkil edib.

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv