!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşkənddə “Türk dünyasının incisi-Azad və əziz Şuşa!” konfransı keçirildi - FOTOLAR

!Reklam – Yazi

 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı, Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetində “Türk dünyasının incisi-Azad və əziz Şuşa!” adlı konfrans keçirilib. Konfransda universitetin mmüəllim-professor heyəti, tələbə liderlər və digər rəsmi şəxslər iştirak edib.

Tədbiri giriş sözləri ilə açan universitetin prorektoru Firuza İkramxanova Şuşanın işğaldan azad edilməsinin və yenidən statusunu bərpa edərək mədəniyyət paytaxtı elan edilməsinin Özbəkistanda da böyük sevinclə qarşılandığını bildirib. O qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri bütün istiqamətlər üzrə yüksək xətlə inkişaf edir. Prorektor Qarabağda əldə olunan qələbənin yalnız Azərbaycanda deyil, Türk dünyasında da böyük əks-səda yaratdığına diqqət çəkib.

Daha sonra Prezident İlham Əliyevin Şuşa şəhərində təşkil olunan tədbirlərdə iştirakını əks etdirən videorolik nümayiş etdirilib.

Çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanın Qarabağda əldə etdiyi böyük Zəfər barədə tədbir iştirakçılarına geniş məlumat verib. O, Şuşa şəhərinin işğaldan azad edilməsinin hərbi-strateji, eyni zamanda siyasi əhəmiyyətinə diqqət çəkərək Şuşanın yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olduğunu qeyd edib. F. Şahbazlı bu gün Şuşada sürətli abadlıq-quruculuq işlərinin aparıldığını, eyni zamanda, Şuşanın əvvəlki dövrlərdə olduğu kimi böyük elm-mədəniyyət tədbirlərinə ev sahibliyi olduğunu qeyd edib. O, özbəkistanlı gəncləri Şuşada təşkil edilən tədbirlərdə aktiv iştirak etməyə çağırıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşı Kərimulla Məmmədzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, “Azxebercom” İnformasiya Portalının bas redaktoru Əfsələddin Ağalarov Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Qələbənin bütün Türk dünyası üçün tarixi əhəmiyyətinə diqqət çəkib. Natiqlər Şuşanın azad olunmasının Qarabağda işğala son qoyulması prosesində həlledici rola malik olduğunu qeyd edərək, Özbəkistanın hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini diqqətə çatdırıblar. Çıxışçılar bildiriblər ki, Özbəkistan tərəfindən işğaldan azad edilən Füzuli şəhərində orta məktəbin tikilərək Azərbaycana hədiyyə edilməsi Özbəkistan-Azərbaycan qardaşlığının ən parlaq nümunələrindən biridir.

Daha sonra çıxış edən özbəkistanlı gənc liderlər Azərbaycan-Özbəkistan münasibətləri ilə bağlı fikirlərini, eyni zamanda Şuşa şəhərində təşkil olunan tədbirlərdə iştirak etməyə olan böyük maraqlarını ifadə ediblər.

Tədbir müzakirələrlə davam edib.

 

www.yenicag.az

47
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv