!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşkəsəndə 86 və 77 yaşlı ər-arvad qətlə yetirildi

!Reklam – Yazi

Daşkəsəndə ər və arvad küt alətlə qətlə yetirilib.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub.

Bildirilib ki, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mədənçilər qəsəbə sakini Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv