!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşkəsəndə leysan fəsadlar törətdi: Bir nəfəri ildırım vurdu - FOTO

!Reklam – Yazi

Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar yaranıb.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daşkəsən rayonu ərazisinə yağan güclü yağışlar Daşkəsən şəhərində yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub.

Dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.

Sel Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Evin sakinləri müvəqqəti olaraq oradan köçürülüb.

Bir nəfər Qaraqullar kənd sakinini ildırım vurub və hazırda o, xəstəxanaya yerləşdirilib.

Dəymiş ziyanların aidiyyəti yerli qurumlar tərəfindən aradan qaldırılması işləri davam etdirilir.




www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv