!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşkəsəndə sel fəsadlar törətdi

!Reklam – Yazi

Daşkəsənə yağan intensiv leysan qısa müddətdə çaylarda daşqınlara səbəb olub.

Yenicag.az-ın məlumatına görə, Daşkəsən şəhərindən, rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçir, ərazidəki çaylar məcrasından çıxaraq daşıb.

Rayonun yol infrastrukturu, elektrik xətləri, fərdi yaşayış evləri, əkin sahələri, heyvandarlıq və arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib.

Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bəzi yaşayış evlərinə su dolub.

Ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv