!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Daşnaksütyun”un üzvü terror aktı təşkil etməkdə İTTİHAM OLUNUR

!Reklam – Yazi

Ermənistanda “Daşnaksütyun” partiyasının üzvü Qaqik Sarkisyan saxlanılıb. O, terror aktı təşkil etməkdə günahlandırılır.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediasına onun oğlu Aram Sarkisyan məlumat verib.

Sarkisyan Paşinyan tərəfdarı Qurgen Melkonyanın evinin yaxınlığında baş vermiş partlayışla bağlı Milli Məclisə dəvət olunub və bu partlayışı təşkil etməkdə şübhəli bilinir.

MTN əməkdaşları evinə basqın edərək Qaqik Sarkisyanı saxlayıblar.

Oğlu bildirib ki, təhlükəsizlik qüvvələri evə soxulub, hamını yerə yıxıb, bütün evdə axtarış aparıb, hər şeyi götürüb və bir neçə saatlıq istintaq hərəkətlərindən sonra onu saxlayıblar.

Sarkisyanın vəkili onun terrorizmdə ittiham olunduğunu təsdiqləyib.

Xuraman Etibarlı

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv