!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daun sindromlu ilk “Barbie” təqdim edildi - FOTO

!Reklam – Yazi

ABŞ-nin “Mattel” şirkəti dünyada ilk dəfə olaraq Daun sindromlu “Barbie” gəlinciyini təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb.

Yeni gəlincik görünüş baxımından Daun sindromlu şəxslərə xas xüsusiyyətləri əks etdirir.

Bu gəlincik şirkətin “Barbie Fashionistas” seriyası çərçivəsində təqdim edilib. Sözügedən seriyanın məqsədi uşaqlara gözəllik barədə müxtəlif təsəvvürlərin mümkün ola biləcəyini izah etməkdir. Bu seriyada, həmçinin protez ayaqlı, qulaq aparatı istifadə edən, dəri xəstəliyi olan və əlil arabasında olan gəlinciklərə rast gəlmək mümkündür.

Qeyd edək ki, ilk “Barbie” gəlinciyi 1959-cu ildə təqdim edilib.

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv