!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Davam" beynəlxalq kampaniya həyata keçirdi - FOTO

!Reklam – Yazi
“Davam” Gənclər Hərəkatı tərəfindən sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi mövzusunda beynəlxalq kampaniya həyata keçirilib. Kampaniyada əvvəlcədən formalaşdırılmış və hər biri 30 gəncdən ibarət 10 qrup, həmçinin informasiya müharibəsi istiqamətində ixtisaslaşmış sosial media komandası iştirak edib. 
Kampaniya iştirakçıları işğaldan azad olunmuş ərazilərdəki minalar və partlamamış hərbi sursatlarla bağlı statistik nəticələrin, regionda törədilən müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların əks olunduğu, rus və ingilis dillərində hazırlanan kontentləri “Twitter” sosial media platforması üzərində kütləvi formada paylaşaraq dünya gündəmini mövcud problemə yönləndirməyi bacarıblar. Belə ki, kampaniya çərçivəsində istifadə olunan #ArmenianWarCrimes həştəqi ilə 53,3 min tvit və #FreeUsFromLandMines həştəqi ilə 68,6 min tvit paylaşılıb. #ArmenianWarCrimes həştəqi “Twitter” sosial media platforması üzərində dünya trendinə çevrilərək “Trend Topic” siyahısına daxil olub. Ümumilikdə isə kampaniya çərçivəsində verilən məlumatlar yerli və beynəlxalq səviyyədə 2 milyondan çox istifadəçiyə çatıb.
Qeyd edək ki, sözügedən kampaniya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilən “Beynəlxalq sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi mövzusunda kampaniyanın keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv