!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davam edən aksiya: "Rus sülhməramlıları müşahidə-monitorinq missiyasının..."

!Reklam – Yazi

“Hazırk; situasiyada sülhməramlılarla etirazçılar arasında hansısa toqquşmanın yaşanması o qədər də real görünmür”.

Bu fikirləri Şuşa-Xankəndi yolunda bir sıra qeyri-hökumət təşkilatı (QHT) təmsilçisinin davam edən aksiyasına sülhməramlıların reaksiyası haqqında danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

“Sülhməramlılar məsələ ilə bağlı heç bir açıqlama yaymayıb. İstənilən halda, ictimai fəallarımızın haqlı tələbləri var. Bu tələblər yerinə yetirilməlidir.

Hazırkı situasiyada hansısa toqquşmanın yaşanması o qədərdə real görünmür. Çünki toqquşma baş verəcəyi halda, Rusiya-Azərbaycan münasibətləri tamamilə gərginləşə bilər. Eyni zamanda, sülhməramlı missiyası bitə və tam gözdən düşə bilər.

Sülhməramlıların komandanı Volkovun aksiya iştirakçılarına cavab tapa bilməməsinə səbəb Azərbaycan ekologiyasına vurulan zərbənin aradan qaldırılması, Azərbaycanın müşahidə-monitorinq missiyasının “Dəmirli” və “Qızılbulaq” yataqlarında fəaliyyətinə mane yaratmaq məsələsidir. Təəssüflər olsun ki, hələ də rus sülhməramlıları müşahidə-monitorinq missiyasının yataqlara daxil olmasına əngəl törədir. Verəcək bir cavabları olduğunu düşünmürəm. Çünki yataqlarda aparılan müşahidə qanunsuz istismarın çapını ortaya çıxaracaq. Bu da növbəti dəfə ekoloji terrorda iştirak edən tərəflərin gün üzünə çıxması ilə nəticələnəcək.

Keçirilən aksiyanı müşahidə etdim. Aksiya iştirakçıları böyük əzmlə tələblərini səsləndirirlər. Aksiya hələ bir müddət davam edəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv