!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davam edən erməni təxribatları: “3 avqust və 12 sentyabrda yaşadıqlarını təkrar yaşayacaqlar”

!Reklam – Yazi

“Ermənistanın əsas niyyəti fəaliyyət göstərən komissiyanın münaqişə zonalarında olduğu zaman atəşkəsi pozmaqdır”.

Bunu Ermənistanın cəbhə xəttində atəşkəsi pozması fonunda gələcək addımların hansı yöndə atılacağını şərh edən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan hazırda həm hərbi, həm də iqtisadi gücünü bərpa etməyin təlaşındadır:

“Ermənistan diz üstündə olan ordusunu Hindistan və İrandan alacağı silahlarla ayağa qaldırmağa çalışır. Ermənistan zor yolu ilə anlaşılmayacaq ölkə olduğunu sübut etmək istəyir. Atəşkəsin pozulmasının səbəblərindən bir budur.

Avropa İttifaqının 40 nəfərlik komissiyasının Ermənistan ərazisində 2 ay ərzində fəaliyyət göstərməsi onların atəşkəsi pozmasına rəvac yaradır. Azərbaycan hazırkı vəziyyətdə ehtiyatını əldən verməməlidir. Ermənistanın əsas niyyəti fəaliyyət göstərən komissiyanın münaqişə zonalarında olduğu zaman atəşkəsi pozmaqdır. Belə bir hadisə olduğu təqdirdə komissiya qeydlər aparacaq və siyasi müzakirələrdə Azərbaycana qarşı istifadə edəcək”.

E.Şıxəliyev bildirib ki, Ermənistanın Azərbaycana mina xəritəsi verməsi ilə verməməsi arasında heç bir fərq yoxdur:

“Xəritələrin düzgün olub-olmadığını bilmirik. Ermənistanın Azərbaycana mina xəritələrini verməsini sülhə atılmış addım kimi qiymətləndirə bilərik. Lakin onların belə bir niyyətləri yoxdur. Gələcəkdə də atəşkəsin qorunmasından çox pozulmasını müşahidə edəcəyik. Çünki Ermənistanın niyyəti budur.

Ermənistan sülh sazişinə getməklə bağlı mesajlar vermir və atəşkəsi pozmağa davam edərsə, geriyə qalan tək yol eskalasiyadır. Azərbaycanı İran və Rusiya münasibətlərində gərginliyə çəkməyə çalışan Ermənistana növbəti atəşkəsin pozulması fonunda cavab vermə məcburiyyətimiz yarana bilər. 3 avqust və 12 sentyabrda yaşadıqlarını təkrar yaşayacaqlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv