!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davam edən Rusiya-Ukrayna SAVAŞI: "Qüvvələr tapşırıqları yerinə yetirə bilmirlər"

!Reklam – Yazi

“Həm Ukrayna, həm də Rusiya sahədəki əməliyyatları imitasiya edir”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin hazırkı gedişatı, tərəflərin uğur qazanmaq üçün atdığı addımlar və reallıqları şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.Elxan Şıxəliyev bildirib ki, ordular siyasi hakimiyyətlərin tələblərini yerinə yetirmək gücündə deyil:

“Sahədə real vəziyyət ondan ibarətdir ki, tərəflərin ciddi nisbət üstünlüyü sahədə özünü göstərmir. 189 gün davam edən müharibənin bugünkü mərhələsində qeyri-adi hücum, əks-hücum əməliyyatları gözləmək sadəlövhlük olardı. Çünki bunlar baş verəcəkdisə, müharibənin birinci 3 ayında baş verib bitməli idi. Həm Ukrayna tərəfi, həm də Rusiya tərəfi sahədəki əməliyyatları imitasiya edirlər. Siyasi rəhbərlər göstərişlər verirlər, hərbi beyin mərkəzləri də onu sahədə həyata keçirmək istəyən zaman qüvvələr tapşırıq və qərarları yerinə yetirə bilmirlər.

Ukraynanın hərbi gücü gündəlik olaraq NATO-nun verdiyi dəstək üzərindən artmaqdadır. Ağıllı texnologiyalarla dəstəklənən yeni raket sistemlərinin əraziyə çıxarılması, NATO-nun təlim mərkəzlərində təlim keçmiş hərbçilərin döyüş meydanına qatılması Ukraynanın əlini gücləndirir. Bundan əlavə, Ukrayna ordusunun şəxsi heyətinin motivasiyasının ruslara nisbətən yüksək olması sahədə Ukrayna ordusunun Rusiyaya qarşı dirəncini artırır.

Rusiya da əlində olan bütün resusları 189 gündür xərcləməkdədir. Onlar daha çox səfərbərlik ehtiyatını müharibəyə cəlb edir. Üçüncü, dördüncü kateqoriya döyüş qabiliyyətinə malik olan ehtiyatlarını birinci eşalonunu gücləndirmək üçün müharibəyə daxil edir. Bu da müharibənin əməliyyatlar teatrında müqəddərattını həll edə bilən real güc deyil.

Son günlər Xerson əməliyyatının planlanmasında Ukrayna tərəfi Dnepr çayının üzərindəki körpüləri sıradan çıxardı. Bu körpülərin sıradan çıxarılması Rusiya ordusunun çayın qərb sahilindəki bölmələrinin təminatını axsadır. Ukrayna ordusu Xersona hücum etsə, bir neçə yaşayış məntəqəsini azad edə bilər, ancaq yaxın vədədə Xersonun azad olunması mümkün görünmür.

İndiki məqamda Avropanın əsas diqqətində iki məsələ var. Bir, Ukraynanın Krım körpüsünə zərbə endirməsin ki, sonra Rusiya nüvə silahına dair qərar verməsin. İkinci, Zaporojyedəki AES-yə ciddi xətər yetirlməsin”.

Səxavət Məmməd

www.yenicag.az

738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv