!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Davam" Oxçuçayla bağlı sosial media kampaniyası həyata keçirdi - FOTO

!Reklam – Yazi

30 aprel tarixində səhər saatlarından etibarən “Davam” Gənclər Hərəkatı tərəfindən sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətini Oxçuçayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsi məsələsinə çəkmək və təxirəsalınmaz addımların atılmasını tələb etmək məqsədi ilə beynəlxalq sosial media kampaniyasına start verilib. “Oxçuçay üçün hərəkətə keç” devizi altında baş tutan kampaniyada əvvəlcədən formalaşdırılmış və hər biri 30 gəncdən ibarət 10 qrup iştirak edib. 

Kampaniya iştirakçıları Oxçuçaydakı ekoloji balansın pozulması ilə bağlı laborator nəticələrin və xüsusi fotoşəkillərin əks olunduğu postlarla birlikdə rus və ingilis dillərində hazırlanan kontentləri “Twitter” sosial media platforması üzərində kütləvi formada paylaşaraq dünya ictimaiyyətinin diqqətini Oxçuçayda baş verən ekoloji böhran və mövcud kritik vəziyyətə yönləndirməyi bacarıblar. Belə ki, kampaniya çərçivəsində istifadə olunan #ecoterror və #Okhchuchay həştəqləri “Twitter” sosial media platformasının Azərbaycan, Türkiyə və Ermənistan seqmentində trendə çevrilib. #Ecoterror həştəqi ilə Azərbaycan seqmentində 31 mindən çox, Türkiyə seqmentində 5 mindən çox, Ermənistan seqmentində isə 12 mindən çox paylaşım edilib. Eyni zamanda Oxçuçayla bağlı paylaşılan tvitlər “Twitter”in Ermənistan seqmentində “Top tweets” siyahısına daxil olub və Ermənistanın siyasi gündəminə çevrilib. Ümumilikdə isə kampaniya çərçivəsində verilən məlumatlar yerli və beynəlxalq səviyyədə yarım milyondan çox istifadəçiyə çatıb.
Qeyd edək ki, sözügedən kampaniya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilən “Beynəlxalq sosial mediada Oxçuçay mövzusunda kampaniyanın keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv