!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davamlı qiymət artımına ÜSYAN: “Bu, vəhşi bahalaşmadır” – Partiya sədrindən TƏKLİF

!Reklam – Yazi

“Dövlət hər ilin dekabrında bir il müddətinə qiymətləri dondurmalı, növbəti qiymət dəyişikliyinə yalnız bir il sonra icazə verməlidir”.

Bu fikirləri ölkədə müşahidə olunan davamlı bahalaşmanın qarşısını almağın yollarından danışan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

ASDP sədrinin fikrincə, azad bazar iqtisadiyyatında biznesmenlə istehlakçı müttəfiq olsa da, bizdə vəziyyət fərqlidir:

“Bu bahalaşma hamını narahat edən məsələdir. Əvvəllər də dəfələrlə demişəm ki, Azərbaycanda biznesmenlər yox, möhtəkirlər var. Bizim “biznesmen”lər dünya bazarında qiymətlərin qalxdığını bəhanə gətirərək süni qiymət artımına gedirlər. Ona görə də əvvələr söylədiyim fikri təkrarlayıram ki, Azərbaycanda azad bazar iqtisadiyyatı ayaq açdı, amma yerimədi.

Çünki azad bazar iqtisadiyyatında biznesmenlə istehlakçı müttəfiq olurlar. Biznes çalışır ki, istehlakçı çox məhsul alsın, o da daha çox qazansın. Bizim “biznesmen”lər isə fikirləşirlər ki, qarşılarındakı istehlakçı qoyundur və onu qırxmaq lazımdır. Maşınla qırxandan sonra da başlayırlar ülgüclə qırxmağa…

Məncə, Azərbaycanda tənzimlənən bazar iqtisadiyyatı olmalıdır. Məsələn, cənab prezident hər il müavinətləri on faiz artırır. Bundan xəbər tutan “biznesmen”lər isə qiyməti iyirmi faiz bahalaşdırırlar. Yəni həmin on faizi o dəqiqə “yeyirlər”. Buna görə də dövlət hər ilin dekabrında bir il müddətinə qiymətləri dondurmalı, növbəti qiymət dəyişikliyinə yalnız bir il sonra icazə verməlidir.

Bizdə iş ondadır ki, məmurlar da bizneslə məşğuldurlar. Onlarla əlaqədar strukturlar var və həmin məmurlar bu bahalaşmanın arxasında dayanırlar. Ancaq bir daha deyirəm, əgər bizdə tənzimlənən bazar iqtisadiyyatı olsa, bu cür bahalaşma getməz. Bu, vəhşi bahalaşmadır”.

A.Zeynalov

www.yenicag.az

938
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv