!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

David Babayan QARĞIŞ TÖKDÜ: "Günahkarların Allah yeddi qatına qədər cəzasını versin"

!Reklam – Yazi

Qarabağdakı qondarma qurumun “keçmiş xarici işlər naziri” David Babayan qarğış töküb.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, David Babayan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın təklifi ilə razılaşmadığını bildirib.

Vardanyan deyib: “Məsələ onda deyil ki, biz nəyin bahasına olursa-olsun sülh sazişinin imzalanmasına nail olmalıyıq, indiki mərhələdə Azərbaycanla mümkün yol və vasitələri tapmağa çalışmalıyıq. Bu, hər iki xalqa ədalətli və davamlı sülh əldə etməyə imkan verəcək”.

Oskanyan Qarabağı muxtariyyət kimi Azərbaycanın tərkibində gördüyünü vurğulayıb.

Babayan Oskanyanın təklifini “ölüm hökmü” kimi qəbul edir.

“Heç bir beynəlxalq mexanizm və ya sənəd buna təminat verə bilməz. İndi demokratiya pərdələri götürülüb, hər şey üzə çıxıb. Hələ Haaqa məhkəməsi dəhlizin açılmasına qərar verməyib. Hansı təminatlardan danışırıq?

Sovet vaxtı Azərbaycan Moskvaya tabe idi, indi vəziyyət tamamilə dəyişib, Azərbaycan müstəqil ölkədir. Bu vəziyyətdə hansı muxtariyyət ola bilər?  Müstəqil Azərbaycanın tərkibində gələcək yoxdur, yalnız bir şey var – ermənilərin Qarabağı boşaltması…

Təsəvvür edə bilərikmi ki, Hadrut qaytarılacaq və nəyin müqabilində qaytarılacaq?

Əgər biz özümüzü Azərbaycan vətəndaşı kimi tanısaq, o zaman “erməni xalqı” anlayışı olmayacaq. Artsax xalqından kim sağ qalacaq, nə baş verəcək, bilmirəm.

Biz bu variantı qəbul etməməliyik, çünki bu, zorlanıb öldürülmək, təslim olmaq demək olardı. Döyüşmək, ölmək və ya getmək lazımdır. Kim bizim taleyimizdə günahkardırsa, Allah yeddi qatına qədər cəzasını versin”.

Məsimə

www.yenicag.az

851
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv