!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Davranış pozuntusu natamam ailədə yaranır" - Bu şagirdlərə psixoloji pasport verilməlidir? 

!Reklam – Yazi

“Ailədən davranış pozuntusu yaranmış uşaqlara təhsil müəssisəsində psixoloji pasportun verilməsi uğurlu nəticəyə yol açmayacaq”.

Bu sözləri son günlər məktəblərdə yaşanan xoşagəlməz hadisələrin təkrarlanmasının qarşısının alınması məqsədilə şagirdlərin psixoloji pasportlarının hazırlanması ilə prosesin başlamasını dəyərləndirən psixoloq İlahə Dadaşova Yenicag.az-a açıqlamasında deyib.

Psixoloqa görə, psixoloji pasportun verilməsindəki mahiyyət tam olaraq məlum deyil:

“İstər əvvəlki, istərsə də indiki dövrdə təhsil müəssisələrində davranış pozuntusu olan şagirdlər mövcud olub. Nəzərdə tutulan psixoloji pasportlar o halda effektiv ola bilər ki, davranış pozuntusu olan uşaqlar kiçik yaşdan aşkarlansın. Bəzi uşaqlar kiçik yaş dövründə təhsil müəssisəsində çox sakit və özünə qapalı olurlar. Müəllimlər belə şagirdləri yüksək dəyərləndirsə də, müəyyən yaşdan sonra həmin uşaqların davranış pozuntuları üzə çıxır. Bu baxımdan həyata keçirilən istənilən addım zamanında effektiv nəticə verir. Reallıq budur ki, davranış pozuntusu olan uşaqlara əsasən natamam ailələrdə rast gəlinir. Yəni, ciddi ailə-məişət problemi yaşanan ailədə böyüyən uşaqlarda davranış pozuntusu yaranır və bu, uşağın gələcək həyatına təsirsiz ötüşmür. Xüsusən də ata modeli olmayan ailələrdə böyüyən uşaqlar daha çox problemli olur. Bu baxımdan ailədən davranış pozuntusu yaranmış uşaqlara təhsil müəssisəsində psixoloji pasportun verilməsi uğurlu nəticəyə yol açmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv