!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daxili İşlər Nazirliyində KRİTİK VƏZİYYƏT: Bir ayda 5 min əməkdaş İŞDƏN ÇIXDI

!Reklam – Yazi

Rusiyada polis əməkdaşları kütləvi şəkildə Daxili İşlər Nazirliyini tərk edir, şəxsi heyətlə bağlı vəziyyət kritikdir.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev şəxsən məlumat verib. O bildirib ki, təkcə iyul ayında 5 min polis əməkdaşı işdən çıxıb.

Nazirin sözlərinə görə, Rusiya polisində kadr çatışmazlığı artıq kritik həddədir. Kütləvi ixtisarlara nəyin səbəb olduğu barədə məlumat verilmir.

“Kadr çatışmazlığı çox böyükdür. Deyərdim ki, bu, artıq kritikdir. Son bir ayda 5 min əməkdaş daxili işlər orqanlarından istefa verib. Vəziyyət ağırdır, kifayət qədər müstəntiq yoxdur”, – rusiyalı nazir deyib.

Kolokoltsev əlavə edib ki, buna baxmayaraq, əhalinin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı tələbinin ödənilməsi üçün hər şey edilməlidir.

“Görünür, polis hər gün donoslara reaksiya verməkdən, ordu haqqında milyonlarla yazı pərçimləməkdən və küçələrdə, mağazalarda qadağan olunmuş rənglər axtarmaqdan bezib”, – deyə yerli  media yazıb.

Məsimə

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv