!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daxili siyasətdə hökm sürən SƏSSİZLİK: "Müxalifətə danışmağa əsas verən kifayət qədər..."

!Reklam – Yazi

“Azərbaycanda tənqidə layiq olan, müxalifətə danışmağa əsas verən kifayət qədər mövzu var”.

Bu sözləri Azərbaycanın daxili siyasətində hökm sürən səssizliyin səbəbləri barədə danışan AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslı bildirib ki, Azərbaycanda seçki ilindən başqa qeyri zamanlarda siyasi aktivlik həmişə aşağı olub:

“Azərbaycandakı siyasi vəziyyətin nə durumda olduğu hər kəsə məlumdur.

Partiyaların zəifliyi, passivliyi siyasi proseslərə təsirinin azlığı var idi. Həm də Azərbaycanda seçki ili deyilsə, aktivlik həmişə aşağı olur. Sonuncu seçkilər 2020-ci ildə olub. 3 ildə nisbətən aktivlik olubsa, bunun özü də böyük bir şeydir. Azərbaycanda nə seçki var, nə demokratik mühit olub əvvəllər. Bu faktor da önəmlidir.

Eyni zamanda, Qarabağ ətrafında yaranan siyasi həmrəylik də mövcuddur. Başını Fransanın çəkdiyi dünya birliyi var bizə qarşı. Buna qarşı birgə mövqe qoyulub. Daxili siyasi çəkişmələr ikinci plana düşüb.

“Qarabağ alındı, müxalifətin deməyə sözü yoxdur” kimi yozumlar qətiyyən doğru deyil. Azərbaycanda ən böyük problem Qarabağ idi. Digər sahələrdə də kifayət qədər problemlər var. Azərbaycanda tənqidə layiq olan, müxalifətə danışmağa əsas verən kifayət qədər mövzular var”.

Səxavət Məmməd

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv