Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

DÇ-2018: Almaniyadan şok məğlubiyyət, Braziliyadan gözlənilməz nəticə

Reklam: Sinerji Pro

Rusiyada təşkil olunan dünya çempionatında ilk turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, E qrupunda mübarizə aparan Kosta-Rika ilk matçda Serbiya millisi ilə üz-üzə gəlib.

56-cı dəqiqədə Kolarovun vurduğu qol serbiyalılara minimal hesablı qələbə qazandırıb – 1:0.

Günün ikinci matçında isə gözlənilməz nəticə qeydə alınıb. Son dünya çempionu Almaniya ilə Meksika qarşısında aciz qalıb. Lozanonun 35-ci dəqiqədə vurduğu qol almanların şok məğlubiyyətinə səbəb olub.

Günün son matçında isə 5 qat dünya çempionu Braziliya İsveçrəə ilə üz-üzə gəlib. Oyunda hesabı braziliyalılar açsa da, üstünlüyü sona qədər qoruya bilməyiblər. Zuberin cavab qolu matçda yekun nəticəni müəyyənləşdirib – 1:1. Almaniyanın ardınca Braziliya da mundiala uğursuz başlayıb.

DÇ-2018

17 iyun

E qrupu

16:00. Kosta-Rika – Serbiya – 0:1

Qol: Kolarov, 56

Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya)

Samara. “Samara Arena”

22:00. Braziliya – İsveçrə – 1:1

Qol: Koutinyo, 20 – Zuber, 50

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don. “Rostov Arena”

F qrupu

19:00. Almaniya – Meksika – 0:1

Qol: Lozano, 35

Hakimlər: Alireza Fağani, Reza Soxandan, Mohammadreza Mansuri (hamısı İran), Mohammed Abdulla Mohammed, Mohamed əl-Hammadi (hər ikisi BƏƏ)

Moskva, “Lujniki”.

Loading...

www.yenicag.az

3677
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100