!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2018: Belçika, Meksika və Almaniyadan qələbə

!Reklam – Yazi

Rusiyada keçirilən dünya çempionatını davam edir.

Yenicag.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

Əvvəlcə G qrupunun təmsilçiləri meydana çıxıblar. İlk oyunda Panama üzərində qələbə qazanan Belçika bu dəfə  Tunisi sınağa çəkib və böyük hesabla qalib gəlib.

F qrupunda isə Almaniya İsveçi, Meksika Cənubi Koreyanı sınağa çəkib. İlk oyunda gözlənilmədən Meksikaya uduzan almanlar ikinci matçda qələbə qazanmağa məcbur idi. Son dünya çempionları çətinliklə də olsa, qalib gəliblər. Meksika isə koreyalılarla oyunda lazımı nəticəni qazanıb, işini asanlaşdırmağa nail olub.

DÇ-2018, qrup mərhələsi, 2-ci tur

23 iyun

G qrupu

16:00. Belçika – Tunis – 5:2
Qollar: Eden Azar, 6-pen; 51. Romelu Lukaku, 16; 45+4. Miçi Batşuayi, 90 – Dilan Bronn, 18. Vehbi Xəzri, 90+3.
Baş hakim: Jair Marrufo (ABŞ)
Moskva. “Spartak” stadionu

F qrupu

Cənubi Koreya – Meksika 1:2
Qol: H.M.Son, 90+3 – Karlos Vela, 26-pen. Çiçarito, 66.
Baş hakim: Milorad Maziç (Serbiya)
Rostov. “Rostov Arena”

Almaniya – İsveç 2:1
Qol: Marko Roys, 48. Toni Kroos, 90+5 – Ola Toyvonen, 32.
Qırmızı vərəqə: Jerom Boatenq, 82.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Soçi. “Fişt” stadionu

www.yenicag.az

3264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv