!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2018: Braziliya millisinə fantastik mükafat

!Reklam – Yazi

Rusiyada keçiriləcək dünya çempionatının favoritlərindən olan Braziliya millisinin futbolçularına veriləcək mükafatın miqdarı açıqlanıb.

Yenicag.az xəbər verir ki, “sambaçı”lar mundialın qalibi olacağı halda hər futbolçu bir milyon dollar mükafat alacaq.

Maraqlıdır ki, bundan öncə 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında da 1 milyon dollara yaxın mükafat söz verilmişdi.

Lakin Almaniya millisi ilə finalda qarşılaşan “sambaçılar” rəqibi qarşısında aciz qalmışdı – 1:7.

Qeyd edək ki, bu, Braziliya futbolu tarixində ən böyük pul mükafatı hesab olunur.

Xatırladaq ki, Braziliya millisi qrupa İsveçrə, Serbiya və Kosta-Rika ilə qarşılaşacaq.

www.yenicag.az

1231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv