!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2018: Fransa, Danimarka, Xorvatiyadan qələbə

!Reklam – Yazi

Dünya çempionatında ilk turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, günün ilk matçında Fransa və Avstraliya milliləri üz-üzə gəlib. Görüş fransızların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Argentina- İslandiya matçı isə heç-heçə bitib. Hesabı 19-cu dəqiqədə Serxio Aquero açsa da, 4 dəqiqə sonra Alfred Finnboqason cavab qolunu vurub. Peru – Danimarka qarşılaşması isə ikincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün son matçına da Xorvatiya Nigeriya üzərində 2:0 hesablı qələbə qazanıb.

16 iyun

DÇ-2018

I tur

C qrupu

14:00. Fransa – Avstraliya – 2:1

Qollar: Qrizman, 58 (p), Poqba, 81 – Yedinak, 61 (p)

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay)
Kazan, “Kazan Arena”

D qrupu

Argentina – İslandiya 1:1

Qollar:  Aquero, 19 – Finnboqason, 23.

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa)
Moskva, “Spartak” stadionu

C qrupu

20:00. Peru – Danimarka – 1:0

Qol: Poulsen, 59

Hakimlər: Bakari Qassama (Qambiya), Jan-Klod Birumuşahu (Burundi), Abdelhak Etçiali, Mehdi Abid Şaref (hər ikisi Əlcəzair)
“Saransk, “Mordoviya Arena”

D qrupu

23:00. Xorvatiya – Nigeriya – 2:0

Qol: Etobo, 32 (ö.q), Modriç, 72 (pen)

Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya)
Kalininqrad, “Kalininqrad” stadionu

www.yenicag.az

5671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv