Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

DÇ-2018: Mundialda iştirak etməyən 8 əfsanə

Reklam: Sinerji Pro

Çıxış etdikləri klublarda saysız-hesabsız uğur qazanmaqlarına baxmayaraq, bəzi əfsanəvi futbolçular karyeraları ərzində bir dəfə də olsun Dünya Çempionatı həyəcanını yaşamayıblar.

Yenicag.az xəbər verir ki, bunlaran biri də Uels futbolunun canlı əfsanəsi Rayan Giqqzdir. “Mançester Yunayted”in sabiq futbolçusu nə Dünya Çempionatında, nə də Avropa Çempionatında çıxış edib.

Qeyd edək ki, Giqqz 2018-ci ilin yanvarında Uels millisinin baş məşqçisi təyin olunub.

“Mançester Yunayted”in digər əfsanəvi futbolçusu Erik Kantona da eyni aqibətlə üzləşib. 1990-cı ildə Fransa millisinin heyətinə dəvət almayan Kantona, bundan 4 il sonra da yığmaya çağrılmayıb. 30 yaşında karyerasını başa vuran futbolçu, Fransada keçirilən mundialda da çıxış edə bilmədi.

Vaxtı ilə dünyanın ən yaxşı futbolçusu seçilən Corc Vea da Liberiya millisi ilə mundial həyəcanı yaşamayanlardandır. Veteran futbolçu hazırda ölkəsinin prezidentidir.


“Liverpul”un əfsanəvi futbolçularından olan İan Raş da Dünya Çempionatından kənarda qalanlar sırasındadır. O da həmyerlisi Rayan Giqqz kimi Uels millisinin heyətində mundialda debüt etməyib.

İngiltərə futbolunun “qızıl oğlanı” Dunkan Edvards gələcəyin ulduzu hesab edilirdi. Lakin o, 1958-ci ildə “Mançester Yunayted”in Münhendə düşdüyü təyyarə qəzasında dünyasını dəyişdi. Bu səbəbdən Dunkan mundial həyəcanı yaşamadan gözlərini əbədiyyətə yumdu.

Şimali İrlandiya futbolunun əfsanəvi isimlərindən olan Corc Best 14 il millini üst səviyyəyə daşımağa çalışsa da, mundial həyəcanı yaşaya bilmədi.


Ladislav Kubala Lionel Messidən öncə “Barselona” tarixinin ən yaxşı futbolçularından biri hesab olunurdu. Macarıstan millisindən sonra İspaniya yığmasının şərəfini qoruyan Kubala 1962-ci ildə mundialda iştirak etmək şansı qazansa da, zədəsi buna imkan vermədi.

“Real”ın əfsanəsi Alfredo Di Stefano milli komanda karyerasına Argentina ilə başladı, daha sonra isə İspaniyanı seçdi. 1958-ci ildə İspaniya Dünya Çempionatına qatılmadı. 1962-ci ildə millinin baş məşqçisi ilə mübahisə etdi və karyerasını mundialda oynamadan başa vurdu.

Emin Səfərov

www.yenicag.az

3660
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100