!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2022: Argentina dünya çempionu oldu - YEKUN

!Reklam – Yazi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub.

Yenicag.az xəbər verir ki, finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə keçirib. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə “tanqoçular”ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan “xoruzlar” 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdirib. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.

Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.

Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb./Report/

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında penaltilər seriyası olacaq.

Görüşün əlavə vaxtında da tarazlıq pozulmayıb – 3:3.

Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə ediləcək.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında hesab yenidən dəyişib.

118-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Kilian Mbappe özünün və komandasının 3-cü qolunu vurub – 3:3.

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında 5-ci qol vurulub.

109-cu dəqiqədə Lionel Messi “tanqoçular”ı yenidən hesabda önə keçirib – 3:2.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt başlayıb.

Hazırda qarşılaşmada hesab bərabərdir – 2:2.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt oynanılacaq.

Buna səbəb görüşün əsas vaxtının 2:2 hesablı heç-heçə ilə başa çatmasıdır.

Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Burada da tarazlıq pozulmasa, penaltilər seriyasından istifadə olunacaq.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab bərabərləşib.

82-ci dəqiqədə Avropa təmsilçisindən Kilian Mbappe özünün və komandasının 2-ci qolunu vurub.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda 3-cü qol vurulub.

80-ci dəqiqədə Avropa təmsilçisi buraxılan toplardan birinin əvəzini çıxıb. “Xoruzlar”dan Kilian Mbappe penaltini dəqiq yerinə yetirib – 1:2.

***

Qətərdə keçirilən dünya çempionatının final matçında hesab dəyişib.

Qarşılaşmanın 36-cı dəqiqəsində Anxel Di Mariya Argentinanın ikinci qolunu vurub.

***

Qətərdə keçirilən dünya çempionatının final matçında hesab açılıb.

Qarşılaşmanın 23-cü dəqiqəsində Lieonel Messi penalti zərbəsindən vurduğu qolla Argentinanı hesabda önə çıxarıb.

***

Qətərdə keçirilən dünya çempionatının final matçı başlayıb.

Yenicag.az xəbər verir ki, qarşılaşma saat 19:00-da start götürüb.

Həlledici görüşdə Argentina və Fransa yığmaları üz-üzə gəlirlər.

www.yenicag.az

942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv