!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2022: Belçika - Mərakeş oyununun nəticəsi AÇIQLANDI

!Reklam – Yazi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Yenicag.az xəbər verir ki, günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər.

Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamid Sabiri, 90+2-ci dəqiqədə isə Zakariya Abuhlyal fərqlənib.

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.

Qrupun digər görüşündə Xorvatiya Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

*** 18:05

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda ikinci hissə başlayıb. 

Yenicag.az xəbər verir ki, hələlik qarşılaşmada hesab açılmayıb.

*** 17:00

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv