!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2022: Bu gün 1/4 finalın son iştirakçıları bəlli olacaq

!Reklam – Yazi

Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olacaq.

Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.

1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi maksikalı Sesar Arturo Ramos olacaq.

DÇ-2022

1/8 final

6 dekabr

19:00. Mərakeş – İspaniya

Baş hakim: Fernando Rapallini (Argentina)

“Edyukeyşn Siti” stadionu

23:00. Portuqaliya – İsveçrə

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

“Lusail” stadionu

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv