!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2022: Fransa İngiltərəni məğlub etdi

!Reklam – Yazi

Fransa İngiltərəni 2-1 məğlub edərək yarımfinala yüksəldi. Bu mərhələdə Mərakeşlə üz-üzə gələcək.

***

Keyn 84-cü dəqiqədə növbəti penaltini dəqiq yerinə yetirə bilmədi.

***

78-ci dəqiqədə Jiru Fransanın ikinci qolunu vurdu: 2-1.

***

Keyn 54-cü dəqiqədə penaltidən hesabı bərabərləşdirdi: 1-1.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda ikinci hissə başlayıb.

İlk yarıdan sonra Böyük Britaniya təmsilçisi rəqibinə uduzur – 0:1.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda birinci hissə başa çatıb.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda hesab açılıb.

17-ci dəqiqədə fərqlənən Orelyen Çuameni “xoruzlar”ı önə keçirib 1:0

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyununda üz-üzə gələcək İngiltərə və Fransa yığmalarının start heyətləri açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İngiltərə: Cordan Pikford, Kayl Uolker, Luk Şou, Deklan Rayz, Con Stounz, Harri Maquayr, Cordan Henderson, Harri Keyn (K), Bukayo Saka, Fil Foden, Cud Bellingem

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv