!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək bürünc medal qazandı

!Reklam – Yazi

Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub. 

Üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. “Damalılar”ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.

Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb. Milli 1998-ci ildə də eyni uğura imza atmışdı.

Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

***

Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda keçirilən Xorvatiya – Mərakeş matçında ikinci hissə başlayıb. 

İlk hissə Xorvatiyanın 2:1 hesablı üstünlüyü ilə bitib.

***

Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda keçirilən Xorvatiya – Mərakeş matçında ilk hissə başa çatıb.

İlk hissə Xorvatiyanın 2:1 hesablı üstünlüyü ilə bitib.

***

Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda keçirilən Xorvatiya – Mərakeş matçında növbəti qol vurulub. 

Qarşılaşmanın 42-ci dəqiqəsində Orşiç Xorvatiyanı hesabda önə çıxarıb.

***

İki dəqiqə sonra isə Dari Mərakeşin bərabərlik qoluna imza atıb. 

Dari 9-cu dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

***

Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda keçirilən Xorvatiya – Mərakeş matçında azarkeşlər erkən qollara şahidlik edirlər. 

Yenicag.az xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində Qvardiol Xorvatiyanı hesabda önə çıxarıb.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyun başlayıb.

Yenicag.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda oyununda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

Yenicag.az bildirir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Xorvatiya: 1. Dominik Livakoviç, 20. Yosko Qvardiol, 2. Yosip Stanisiç, 24. Yosip Şutalo, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 7. Lovro Mayer, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 14. Marko Livaya, 18. Mislav Orsiç

Mərakeş: 1. Yassin Bunu, 18. Vavad el Yamiq, 2. Əşrəf Hakimi, 25. Yəhya Attiat-Allah, 20. Əşrəf Dari, 4. Sofyan Amrabat, 23. Bilal El Xannus, 7. Hakim Ziyeş, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesir

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

www.yenicag.az

3047
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv