!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

De Byazi “kabusu”nun SONU: “Milli komandaya yeni baş məqçi təyinatı...”

!Reklam – Yazi

“Mətbuat konfransında etdiyi məlum hörmətsizlik onun gedişinə möhür vurmuş oldu”.

Bu fikirləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin postundan ayrılmasına münasibət bildirən idman jurnalisti Ağa Dadaşzadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, millimizə yeni baş məşqçi təyinatı gələn ilin mart ayından sonra baş tuta bilər:

“De Byazinin gedişi onsuz da gözlənilən idi. Mediamız bu məsələnin üstünə çox getsə də, onunla müqavilədə yer alan bir bəndi xatırlamaq lazımdır. O müddəaya əsasən, əgər komanda pley-offa çıxardıs, mütəxəssis həmin dönəmdə də postunda qala bilərdi.

Ancaq seçmə mərhələ yekunlaşdıqdan sonra onun gedişi təbii sayılmalıdır. De Byazi ilə əvvəlki müqavilə müddətinin uzadılması bir növ jest idi, özü də bunun fərqinə varmışdı.

Necə deyərlər, bu addım mütəxəssisə yönəlik xətir-hörmət xarakterı daşıyırdı. Bir yandan son çıxışlarında da sərsəm açıqlamalar verdi. Mətbuat konfransında etdiyi məlum hörmətsizlik onun gedişinə möhür vurmuş oldu.

Lakin inanmıram ki, gələn ilin mart ayına qədər milliyə yeni baş məşqçi gətirilsin. Çünki o vaxt AFFA-da prezident seçkilərinin keçirilməsi gözlənilir. Rövnəq Abdullayevin də postda qalıb-qalmayacağı dəqiq deyil. Bu baxımdan, milli komandaya yeni baş məşqçi təyinatı mart ayından sonra baş tuta bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv