!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəb ikonası 102 yaşında vəfat etdi

!Reklam – Yazi

İnteryer və tekstil dizayneri, dəb ikonası İris Apfel 102 yaşında vəfat edib

Yenicag.az xəbər verir ki, bu haqda onun instaqram səhifəsində paylaşım edilib. Bildirilib ki, dəb ikonası Palm Beach-dəki evində dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, İris Apfel 1921-ci ildə Nyu-Yorkda Samuel və Sadie Burrell ailəsində anadan olub. Anasının moda butiki olub. İris sənət tarixini oxuduğu Nyu-York Universitetində və rəssamlıq sahəsində təhsili aldığı Viskonsin Universitetində oxuyub.

İris moda ikonu kimi şöhrətini xoşbəxt bir təsadüfə borcludur. 2005-ci ildə Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində (MOMA) sərgi ləğv edildikdə kurator ona zəng edərək zərgərlik kolleksiyasını təqdim etməyə dəvət edib. 97 yaşında Keyt Moss və Gigi Hadid kimi supermodelləri təmsil edən IMG agentliyi ilə modellik müqaviləsi imzalayıb. İris 100 illik yubileyi şərəfinə “H&M”dən paltar, zərgərlik və ayaqqabılardan ibarət canlı kolleksiya buraxıb ki, əşyalar bir neçə dəqiqə ərzində satılıb.

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv