Əməkdar artist Süleyman Abdullayevə (Dədə Süleyman) məxsus mülklər və torpaq sahəsinin satılması ilə bağlı oğlu Cümşüd Abdullayevin “Yenisabah.az”a açıqlaması, daha sonra xanəndənin birinci həyat yoldaşından olan oğlu Rövşənin mülk davasına qatılması və pay istəməsi sənətkarın ailəsi tərəfindən sərt qarşılanıb.
Onlar ustad xanəndənin adının ailə qalmaqalında hallandırılmasını və bu cür əsası olmayan söhbətlərin ictimailəşdirilməsini atalarının ruhuna qarşı hörmətsizlik kimi dəyərləndiriblər.
Dədə Süleymanın kiçik oğlu Ceyhun Abdullayev Yenicag.az-a acıqlama verərək, məsələyə aydınlıq gətirib. Bütün bu iddiaların haqsız olaraq bacısı Aygün Abdullayevaya yönəldiyini deyən Ceyhun qarşı tərəfə səslənərək əsl həqiqəti ortaya qoyub:
Videonu təqdim edirik:
www.yenicag.az