!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dədən harada işləyir? – Azərtaşın verilişində “TƏPİK ATIR” - Cəvahir Nehru yazır

!Reklam – Yazi

-Dədən harada işləyir? 

-Televizorda?
-Nə işinə baxır?
-Onu-bunu söyür, arada ağıl verir, lazım olanda əxlaq dərsi keçir, istəyəndə “təpik atır”, “oyunbaz”lıq edir… Baxır aparıcının “tırkasına”, birdir, ikidir, hansı birini deyim.

-Maaşı nə qədərdir?
-Baxır “tırka”ya necə getməsinə…
-Məsələn?
-O baxır meydangirliyinə, məclisi yaxşı qızışdırıb, reytinqi qaldıra bilsə, söyüşün biri bir qəpikdən…

Haçan baxırsan, efirlərdə, sosial verilişlərdə oturub, ona-buna ağıl verirlər, əxlaq dərsi keçirlər, şou yaratmaq lazım olanda da dərdini danışmağa gələn o bədbəxt, avam insanların üstünə hücum çəkirlər. Aparıcıların əlində alət olan ekspertləri deyirəm. Bu verilişdən çıxıb o birinə, o birindən çıxıb, bu birinə gedən ekspertləri… Əsl peşələri aktyor, şair, müğənni və psixoloq və s. Öz peşəsində “tutuzdura” bilmədiklərindən parlamaq üçün özlərinə verilişləri məkan seçiblər.

Məsələn, əvvəllər aktyorlar hansısa film, tamaşada rol alıb, bir gecənin içində bütün Azərbaycanda məşhur olurdusa, indi trend dəyişib. Aktyor üçün hansısa filmə çəkilməyə ehtiyac yoxdur. Eləcə də digər peşə sahiblərinə. Lalə Azərtaşın, Xoşqədəmin, Zaurun, Amilin verilişinə çıxıb, şüvən salmaq, təpik atmaq kifayət edir. Bir stəkan suyu kiminsə üzünə çırparaq oyun çıxarmaq, kiməsə əl qaldırmaq, səsinin yoğun yerinə salıb bağırmaq, kiməsə əxlaqsız damğası vurub, bir sözlə, özünü dədəsinin evində hiss edirmiş kimi studiyada meydan sulamaq bəs edir ki, külli-aləmdə tanınasan, daha doğrusu, rüsvayi-cahan olasan. Təki məşhur olasan, sosial şəbəkələrin, xüsusən də “TikTok”un gündəminə düşəsən, bir sözlə, efirlərdə olub, unudulmayasan. Abır-həyanı itirsən də olar.

Belələrinin övladlarına yazıgım gəlir. Təsəvvür edin, məktəbdə valideyn iclasına çağırırlar, uşaq deyir, dədəm işə gedib, vaxtı yoxdur gəlməyə. Evə çörək almaq lazımdır, arvad deyir, “kişi işdədir”, Evdə lampanı dəyişmək lazımdır, gözləyirlər, “kişi” işdən qayıtsın. Səhər, günorta, axşam, bu insanlar “24 saat işdədir”.

www.yenicag.az

854
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv