!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dedi, geri dönməsəm...” - Şəhid Rəşidin anasına SON SÖZÜ - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı şəhid Rəşid Pərviz oğlu Həmidova həsr olunub.

Yenicag.az-ın qonağı olan şəhidin anası Tənzilə Həmidova Rəşidin keçdiyi şərəfli döyüş yolu barədə danışıb, xatirələrini dilə gətirib.

Qeyd edək ki, Həmidov Rəşid Pərviz oğlu 1999-cu ildə Siyəzən şəhərində anadan olub. 2007-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2 il həmin məktəbdə oxuduqdan sonra yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar təhsilini Bakıdakı sanatoriya tipli 10 saylı internat məktəbində davam etdirib. 9-cu sinifdən sonra o, Dəmir Yolu Texnikomuna daxil olub və tam kursu bitirib. Texnikomu bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb. 7 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub.

O, Füzuli, Murovdağ, Suqovuşan və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 7-də Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub. Siyəzən şəhərində dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşid Həmidov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalıları ilə təltif edilib.

Videomüsahibəni təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

2296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv