!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dedi, ya o çəkiləcək, ya da mən” - Hansı həmkarı Sevincin QARŞISINI KƏSDİ?

!Reklam – Yazi

“Dəhlizə çıxdı və dedi ki, ya o çəkiləcək, ya da mən”.

Yenicag.az xəbər verir ki, bu sözləri film kastinqi zamanı ona yaradılan əngəllərdən danışarkən aktrisa Sevinc Əliyeva efirdə söyləyib.

Aktrisa vaxtilə sənət aləmində qarılaşdığı haqsızlıqlardan danışıb.

O, bir filmin kastinqlərinə dəvət aldığını, lakin yaşlı həmkarının təzyiqləri nəticəsində həmin rola təsdiqlənmədiyini bildirib:

“Bir layihənin sınaq çəkilişlərinə dəvət almışdım. Sınaq bitdikdən sonra məni çəkmədilər. Başqa bir aktrisa rola təsdiqləndi. Yadımdadır, bir aktrisa dəhlizə çıxdı və ya o çəkiləcək, ya mən dedi. O qədər üzülmüşdüm ki… Axı o layihədə çəkilməyi çox istəyirdim. Amma neyləmək olar, qismət beləymiş.

Sonra düşündüm ki, elə o filmdə çəkilməməyim çox yaxşı oldu. Həmin vaxt da Mehriban Ələkbərzadənin “Məhkumlar” filmində çəkildim. Çox da uğurlu alındı”.

S.Əliyeva həmin aktrisanın adını çəkməyib:

“Oldu, keçdi. Adını çəkməyəcəm, o aktrisanın yaşı mənim yaşımdan böyük idi. İndi də görəndə salamlaşırıq”.

Nehru

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv