!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dediklərinin 96 faizi...” - Afaq Bəşirqızının aktyorlarla bağlı fikrinə Əməkdar artistdən REAKSİYA

!Reklam – Yazi

“Afaq Bəşirqızının aktyorlarla bağlı səsləndirdiyi fikirlərlə razıyam. Mən də hesab edirəm ki, aktyorla tamaşaçı arasında pərdə olmalıdır ki, adiləşməsin. Hər zaman tamaşaçının gözündə uca olsun”.

Bunu Yenicag.az-a açıqlamasında, aktyor və rejissor, Əməkdar artist Sərvər Əliyev Xalq artisti Afaq Bəşirqızının “aktyorlarla tamaşaçı arasında çox qalın bir pərdə olmalıdır, onlar özləri üçün deyil, doğmaları, uşaqları və xalq üçün yaşayırlar” fikrinə münasibət bildirərkən deyib.

O, sosial şəbəkələrin aktyor sənətinə təsiri barədə də fikirlərini bölüşüb:

“Tamaşaçı ilə aktyor arasında qalın pərdə olmalıdır fikri ilə razılaşıram. İndi zaman dəyişib. Aktyorların kiçik videoçəkilişlərini “TikTok” və digər sosial platformalarda görürük. Həmin aktyoru sabah səhnədə böyük bir obrazda görən tamaşaçı ona inanmır. Ona “TikTok”da və digər sosial şəbəkələrdə gördüyü kimi yanaşır. Əgər onu həmin videogörüntüdə cılız kimi görürsə, elə səhnədə də ona cılız kimi yanaşır. Biz həmişə çalışmışıq adımızı, peşəmizə olan hörmət və məhəbbəti qoruyub saxlayaq. Mən öz adıma deyirəm, həmişə çalışmışam ki, adım çəkiləndə ailəm, övladlarım, tanıdıqlarım xəcalət çəkməsin, mənimlə fəxr etsinlər”.

Əməkdar artist A.Bəşirqızının “Aktyorlar çox zaman bir qəpiksiz filmlərə çəkilirlər. Bəlkə də kino meydanında acından ürəyi axır, amma bunu bildirmir. Fikirləşir ki, bu filmə çəkilim ki, bununla şöhrətim olsun” fikrinə də haqq qazandırıb:

“Yəqin ki, Afaq xanım peşəkar aktyorları nəzərdə tutmayıb. Amma gənc aktyorlar var ki, çəkilməyə ehtiyacları var. Çünki gəncdirlər, tanınmayıblar, əllərinə hər hansı fürsət düşübsə, karyeraları naminə bir neçə filmə pulsuz çəkilməyə razılıq verirlər. Mən özüm kömək məqsədi ilə bir neçə rejissorun diplom filmlərinə pulsuz çəkilmişəm. Özü də bunu sevərək etmişəm. Ümumiyyətlə, Afaq xanımın dediklərinin 90-95 faizi ilə razılaşıram”.

Cəvahir

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv