!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dedim, komadadır” - Müğənni oğlunun ölüm xəbərini kimdən GİZLƏDİB?

!Reklam – Yazi

“Allah ona 21 il ömür verdi. Ata oğulun çiynində getməlidir, amma bizdə tərsinə oldu”.

Yenicag.az xəbər verir ki, bunu 2020-ci ildə oğlunu avtomobil qəzasında itirən müğənni İbrahim Borçalı deyib.

Sənətçi oğlunun ölümündən sonra xəstəlik tapdığını deyib:

“Mənə zəng gəldi, danışıqdan hiss etdim ki, pis xəbər var. Qardaşım deyə bilmədi, dayım oğlu söylədi. Xanımıma deyə bilmədim, söylədim ki, komadadır. Oğlu torpağa tapşırılan günü həyat yoldaşım Zöhrə gəldi dedi ki, ağlamayın, dik durun, onda bir mərdlik gördüm. Oğlumdan sonra şəkər tapdım, başımda nəsə var, dilimdə uyuşuqluq olur. Heç yoxlatmıram. Deyirəm, nə olar, olar. Deyirlər, əsəblə əlaqəlidir. Bəzən olur ki, vəhşiləşirsən, birdən heç ağlamıram, birdən də ağlayıram.

Rəhimin 40-na qədər mən Zöhrəyə dəstək oldum, sonra tükəndim. O məni qaldırdı. Hətta deyir ki, daha oğlum sənsən. Son vaxtlar yata bilmirəm, yuxum yoxdur”.

Müğənni bu barədə “Qonağım ol” verilişində danışıb.

Cəvahir

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv